Bərdədə avtomobil at arabasını vurub, bir nəfər ölüb

Hadisə Xəbər 29 Sentyabr 2026 09:32 (UTC +04:00)
Bərdədə avtomobil at arabasını vurub, bir nəfər ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bərdə şəhərindən rayonun Kələntərli kəndi istiqamətində hərəkət edən avtomobil at arabasını vurub.

Trend-in məlumatına görə, hadisə sentyabrın 27-də qeydə alınıb.

Belə ki, hadisə nəticəsində arabada olan Arif Babaşov yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti