Bakı.Trend:
İndoneziyanın “Virgo Transport 8” gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb.
Bu barədə “The Jakarta Post” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, axtarış-xilasetmə işlərinin 16-cı günündə 69 nəfər hələ də itkin düşmüş hesab olunur, 108 nəfər isə xilas edilib.
Qeyd edək ki, sentyabrın 13-də bərə Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Kalimantan əyalətinin Banjarmasin şəhərinə gedərkən güclü fırtına zamanı itib. Gəmidə ümumilikdə 243 nəfər, o cümlədən 30 ekipaj üzvü olub.
