Şuşada mina partlayıb, bir nəfər xəsarət alıb

Hadisə Xəbər 28 Sentyabr 2026 18:41 (UTC +04:00)
Şuşada mina partlayıb, bir nəfər xəsarət alıb
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində bu gün mina partlayışı hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Bəxtiyar Mirzə oğlu Bayramovun keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə idarə etdiyi avtomobil tank əleyhinə minaya düşüb. Hadisə zamanı Bəxtiyar Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.

Xəbər lenti

Xəbər lenti