Bakı.Trend:
Azərbaycan Mərkəzi Bankı server infrastrukturunun yenilənməsi üçün server avadanlıqların satın alınması ilə bağlı tender elan edib.
Tenderdə iştirak haqqı 1000 manat təşkil edir.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 27 oktyabr 2026-cı il saat 17:00-dan gec olmayaraq təqdim etməlidirlər. Tender zərflərinin açılışı oktyabrın 27-də saat 17:00-da (GMT+4) keçiriləcək.
Əlavə məlumat üçün telefon: (+994 12) 493 50 58.
Əlaqələndirici şəxs: Şəhriyar İmanov.
Elektron poçt: [email protected]
Ünvan: AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90.
