Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq

Gündəm Xəbər 26 Sentyabr 2026 18:00 (UTC +04:00)
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 29-u gecə saatlarında yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti