ABŞ Ukraynaya 400 milyon dollarlıq yardım paketinə "Patriot" raketlərini daxil etməyəcək

Dünya xəbərləri Xəbər 26 Sentyabr 2026 06:08 (UTC +04:00)
ABŞ Ukraynaya 400 milyon dollarlıq yardım paketinə "Patriot" raketlərini daxil etməyəcək

Bakı. Trend:

Vaşinqton administrasiyası Ukraynaya 400 milyon dollar məbləğində hərbi yardım paketinə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin daxil edilməməsinə qərar verib.

Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya hərbi yardım üçün ayrılmış 400 milyon dollar vəsaiti sentyabrın 30-da başa çatan cari maliyyə ilinin sonunadək mənimsəməyi öhdəsinə götürüb. Nəşr qeyd edib ki, bu hərbi yardımın 2029-cu ilin oktyabrınadək Kiyevə çatdırılması gözlənilir və paketə silahlar, zirehli texnika üçün ehtiyat hissələri daxil olacaq.

Mənbələrdən biri bildirib ki, paketə “Patriot” raketləri daxil edilməyəcək. Qeyd olunur ki, Ukrayna tərəfi bu silahların verilməsini xahiş edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti