Azərbaycan və Seneqal arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Siyasət Xəbər 26 Sentyabr 2026 02:01 (UTC +04:00)

Bakı. Trend:

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Seneqalın Afrika İnteqrasiyası, xarici işlər və xaricdəki seneqallılar üzrə naziri Şeyx Nianq ilə görüşərək, Azərbaycan-Seneqal ikitərəfli gündəliyini və əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını müzakirə edib.

Tərəflər daha güclü siyasi dialoq və qarşılıqlı səfərlərin intensivləşdirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Müzakirələr zamanı rəqəmsal idarəetmə və innovasiya sahələrində yüksəksəviyyəli əməkdaşlıqla yanaşı, iqtisadi əlaqələrin struktur çərçivəsinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Nazirlər, həmçinin BMT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan və Seneqal arasında uzunmüddətli əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirib, çoxtərəfli platformalarda əlaqələrin daha da gücləndirilməsində maraqlı olduqlarını ifadə ediblər. Müzakirələrdən sonra nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Seneqal Respublikasının Afrika İnteqrasiyası, Xarici İşlər və Xaricdəki Seneqallılar Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu”nu imzalayıblar. Bu sənəd müntəzəm dialoqun saxlanılmasında və ikitərəfli münasibətlərin siyasi çərçivəsinin gücləndirilməsində mühüm rol oynayacaq.

Xəbər lenti

Xəbər lenti