Bakı.Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubunda fələstinli döyüşçülər tərəfindən çəkilmiş 2 kilometr uzunluğunda tuneli məhv edib.
Bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.
“Terrorçulara məxsus uzunluğu 2 kilometr olan yeraltı tunel məhv edilib”, - deyə məlumatda bildirilib.
Mətbuat xidməti əlavə edib ki, ordu “Qəzza zolağının cənubunda “sarı xətt” yaxınlığındakı ərazinin terror obyektlərindən təmizlənməsi üzrə əməliyyatları davam etdirir”.
