Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır (FOTO)

Cəmiyyət Xəbər 24 Sentyabr 2026 17:59 (UTC +04:00)
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə metronun “20 Yanvar” stansiyasının yaxınlığında, Sumqayıt istiqamətində hərəkət edən ekspres marşrutların başlanğıc məntəqəsində dayanacaq pavilyonu quraşdırılıb.

Pavilyonların quraşdırılması Moskva prospektində, “20 Yanvar” dairəsindən “Şamaxinka” adlanan əraziyə gedən yolda cib tipli dayanacaq məntəqəsində də həyata keçirilir. Ərazidə səki infrastrukturu təşkil edilməklə 4 pavilyon quraşdırılır.

Eyni zamanda, “Şamaxinka” adlanan ərazidə “20 Yanvar” metrostansiyası istiqamətində sərnişin axınının artımı nəzərə alınaraq mövcud 2 dayanacaq pavilyonunun yanında daha 1 pavilyonun quraşdırılmasına başlanılıb.

Bununla da vətəndaşların rahatlığı üçün Moskva prospektində 6 yeni müasir dayanacaq təşkil edilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti