112 yaşlı bank bağlandı

Dünya xəbərləri Xəbər 28 Noyabr 2026 14:52 (UTC +04:00)
112 yaşlı bank bağlandı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin İndiana ştatında 1914-cü ildə təsis edilmiş "United Fidelity Bank" (UFB) bankı müflis olması səbəbindən fəaliyyətini dayandırıb.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Bu, son iki ildə ABŞ-də bank sektorunda qeydə alınan ən böyük müflisləşmə halıdır. Bundan əvvəl, 2024-cü ilin aprelində "Republic First Bank" eyni aqibətlə üzləşmişdi.

UFB-nin bağlanması yerli Əmanətlərin Sığortalanması Fonduna 1,83 milyard dollara başa gələcək. Sentyabrın sonuna olan məlumata görə, "United Fidelity Bank"ın ümumi aktivləri təxminən 5,9 milyard dollar, depozitlərinin həcmi isə 5,4 milyard dollar təşkil edib.

Ötən ilin yayında amerikalı sahibkar İlon Mask ABŞ-nin mövcud maliyyə siyasətini dəyişməyəcəyi təqdirdə ölkənin müflisləşmə riski ilə üzləşə biləcəyini bəyan etmişdi. O, xüsusilə qeyd etmişdi ki, vergi daxilolmalarının hamısı dövlət borcu üzrə faizlərin ödənilməsinə yönəldilir və digər xərclər üçün vəsait qalmır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti