Serbiyada tələbə hərəkatı prezidentliyə namizədini açıqlayıb

Dünya xəbərləri Xəbər 28 Noyabr 2026 02:53 (UTC +04:00)

Bakı. Trend:

Serbiyada oktyabr ayında keçirilən parlament seçkilərində qalib gələn tələbə hərəkatı gələn ay baş tutacaq prezident seçkiləri üçün namizədini açıqlayıb.

Bu barədəv

AZƏRTAC “Al Jazeera” telekanalına istinadla xəbər verir ki, hərəkat dekabrın 27-nə təyin olunmuş seçkilərdə Belqrad Universitetinin kimya professoru Radomir Saiçiçin namizədliyini irəli sürüb.

65 yaşlı R.Saiçiç Serbiya Elm və İncəsənət Akademiyasının üzvü, həmçinin yeni seçilmiş 250 yerlik parlamentdə 140 mandat qazanan “Tələbə Siyahısı”nın deputatıdır. O, 2024-cü ildə başlayan tələbə etiraz hərəkatına qoşulan ilk universitet müəllimlərindən biri olub.

Cümə günü Belqradda keçirilən mətbuat konfransında çıxış edən R.Saiçiç hərəkatın əsas prioritetinin qanunun aliliyini möhkəmləndirmək və korrupsiyaya qarşı mübarizə aparmaq olduğunu bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti