Nigeriyanın Plato ştatında silahlı hücum nəticəsində azı 17 kənd sakini öldürülüb

Dünya xəbərləri Xəbər 28 Noyabr 2026 02:16 (UTC +04:00)
Nigeriyanın Plato ştatında silahlı hücum nəticəsində azı 17 kənd sakini öldürülüb

Bakı. Trend:

Nigeriyanın mərkəzi hissəsində yerləşən Plato ştatında silahlı şəxslərin kəndə hücumu nəticəsində 17 sakin həlak olub, 4 nəfər yaralanıb.

Bu barədə “Reuters” agentliyi ştat polisinə istinadla məlumat yayıb.

Plato ştatı polisinin sözçüsü Alfred Alabonun bəyanatında bildirilib ki, hücum edənlər çərşənbə günü Bassa yerli idarəetmə rayonunun Tafiqana kəndinə basqın edərək atəş açıb, hüquq-mühafizə orqanlarının əməkdaşları yaxınlaşdıqda isə hadisə yerindən qaçıblar.

Ştat hökumətinin sözçüsü Coys Lohya Ramnap sakinləri təmkinli olmağa çağırıb: “Hökumət vətəndaşlara müraciət edərək qisas aktlarından, qızışdırıcı bəyanatlardan və gərginliyi artıra biləcək təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırır”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti