Peruda helikopter qəzasında səkkiz hərbçi həlak olub

Dünya xəbərləri Xəbər 28 Noyabr 2026 05:53 (UTC +04:00)
Peruda helikopter qəzasında səkkiz hərbçi həlak olub

Bakı. Trend:

Perunun mərkəzi hissəsində helikopterin qəzaya uğraması nəticəsində səkkiz hərbçi həlak olub, bir nəfər sağ qalıb.

Bu barədə Peru silahlı qüvvələrinin Regional Xüsusi Komandanlığı məlumat yayıb.

“Xilasetmə-axtarış əməliyyatı nəticəsində helikopteri və onun göyərtəsində olan doqquz hərbçini aşkar etmək mümkün olub. Peru Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, pilot və yeganə sağ qalan Enso Espinosa Roke ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi üçün Limaya təxliyə edilib”, – deyə məlumatda bildirilir.

Peru Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 helikopteri Apurimak, Ene və Mantaro çayları vadisində hərbi patrulun təxliyəsi missiyasını yerinə yetirərkən qəzaya uğrayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti