Estoniya şirkətlərinin Azərbaycana marağı davamlı şəkildə artır - Marqus Tsahkna (ÖZƏL)

İqtisadiyyat Xəbər 28 Noyabr 2026 10:36 (UTC +04:00)
Estoniya şirkətlərinin Azərbaycana marağı davamlı şəkildə artır - Marqus Tsahkna (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Bakı.Trend:

Estoniya şirkətlərinin Azərbaycana marağı davamlı şəkildə artır.

Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna noyabrın 27-də Bakıya səfəri zamanı Trend-ə verdiyi özəl müsahibədə bildirib.

“Bu marağın əyani sübutu ayın əvvəlində Tallində keçirilmiş Estoniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasında, eləcə də ötən ilin oktyabrında 15 biznes nümayəndəsinin daxil olduğu nümayəndə heyəti ilə Bakıya səfərim zamanı özünü büruzə verib”, - Estoniyanın XİN rəhbəri deyib.

O, informasiya kommunikasiya texnologiyalarının (İKT) əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri olaraq qaldığını vurğulayıb.

“Estoniya şirkətləri artıq Azərbaycanın rəqəmsal sektorunda təmsil olunur və ölkənin davam edən rəqəmsal transformasiyasında iştirak etməyə böyük maraq göstərirlər. Estoniya elektron dövlət idarəçiliyi, rəqəmsal identifikasiya, kibertəhlükəsizlik, süni intellekt və elektron təhsil sahələrində beynəlxalq səviyyədə tanınmış təcrübəyə malikdir. Bütün bu istiqamətlər praktiki əməkdaşlıq üçün geniş imkanlar yaradır”, - o əlavə edib.

Eyni zamanda, Tsaxknanın sözlərinə görə, Estoniya enerji sektorunda, xüsusilə bərpa olunan enerji mənbələri və “yaşıl” iqtisadiyyata keçidlə bağlı layihələrdə böyük potensial görür.

“Estoniya şirkətləri innovativ texnoloji həllər, rəqəmsal alətlər və ixtisaslaşmış ekspertiza təklif edə bilərlər”, - nazir qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti