İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt tikir - KİV

Dünya xəbərləri Xəbər 28 Noyabr 2026 08:26 (UTC +04:00)
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt tikir - KİV

Bakı. Trend:

İran ölkənin İsfahan və Nətənz şəhərlərində yerləşən iki mühüm nüvə mərkəzi arasında, əvvəllər məlum olmayan ərazidə yeni obyektin fəal tikintisini aparır.

Bu barədə Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu (ISIS) yeni peyk görüntülərinin təhlilinə istinadən məlumat verib.

Ekspertlərin məlumatına görə, Tehran İsfahan nüvə kompleksi ilə Nətənz yaxınlığındakı Pikaks dağı arasında, təxminən yarı yolda (65 km məsafədə) yerləşən Bəhcətabad yaşayış məntəqəsi ərazisində yerin dərinliyində yerləşən obyektin ətrafında mühafizə hasarının tikintisinə başlayıb.

Nətənz İranın məlum olan ən böyük uran zənginləşdirmə mərkəzidir. O, həm 2025-ci ilin iyununda baş vermiş qısamüddətli münaqişə zamanı, həm də 2026-cı ilin fevralında hərbi əməliyyatlar başlayandan sonra ABŞ-ın hücumlarına məruz qalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti