ABŞ-də şərnişin təyyarəsi mühərrik nasazlığı səbəbindən təcili eniş edib

Dünya xəbərləri Xəbər 28 Noyabr 2026 06:48 (UTC +04:00)
ABŞ-də şərnişin təyyarəsi mühərrik nasazlığı səbəbindən təcili eniş edib

Bakı. Trend:

ABŞ-də Texas ştatına uçan “Delta Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi mühərrikdə yaranan nasazlıq səbəbindən Corciya ştatına qayıdaraq təcili eniş etməyə məcbur olub.

Bu barədə "New York Post" nəşri məlumat yayıb.

Məlumata əsasən, 177 sərnişini Ostin şəhərinə aparan təyyarə cümə axşamı səhər havaya qalxdıqdan qısa müddət sonra geri dönərək Hartsfild-Cekson Atlanta Beynəlxalq Hava Limanına enib.

Aviaşirkətin sözçüsünun bildirdiyinə görə, uçuş heyəti prosedurlara uyğun davranıb və təyyarə təhlükəsiz şəkildə eniş edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti