Daha bir ölkə rus mənşəli terminlərdən imtina edir

Dünya xəbərləri Xəbər 28 Noyabr 2026 10:00 (UTC +04:00)
Daha bir ölkə rus mənşəli terminlərdən imtina edir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan ordusunda rus mənşəli hərbi terminlər özbək dilinin qayda və normalarına uyğunlaşdırılmış yeni sözlərlə əvəzlənəcək.

Bu barədə Özbəkistan Elmlər Akademiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Özbəkistan Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutu ölkənin ordusunda istifadə olunacaq yeni hərbi terminlərin siyahısını təsdiqləyib. Yeni terminlərin rəsmi şəkildə hərbi sahədə istifadəyə verilməsi nəzərdə tutulur.

Ümumilikdə 30 hərbi termin dəyişdirilib. Bunlara “dəyənək”, “furajka”, “hücum”, “blindaj”, “blokada”, “blokpost”, “diversant” və digər sözlər daxildir.

Belə ki, “ataka” sözü “hamla”, “blokada” sözü “qamal”, “blindaj” sözü “panajoy”, “blokpost” sözü “tösiqpost”, “diversant” sözü “qöporuvçi”, “dubinka” sözü “darra”, “furajka” sözü isə “börk” termini ilə əvəzlənib.

Qeyd olunub ki, hərbi terminologiyanın dəyişdirilməsi ilə bağlı təkliflər Özbəkistan Müdafiə Nazirliyi yanında ictimai əsaslarla fəaliyyət göstərən işçi qrupu tərəfindən irəli sürülüb. Daha sonra aidiyyəti qurumlarla birgə komissiya təqdim olunan təklifləri ekspertizadan keçirərək hərbi sahədə istifadəsi nəzərdə tutulan yeni, elmi əsaslandırılmış söz və terminləri təsdiqləyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti