Əfqanıstanda məktəbdə partlayış - Azı 6 nəfər ölüb

Dünya xəbərləri Xəbər 28 Noyabr 2026 12:22 (UTC +04:00)
Əfqanıstanda məktəbdə partlayış - Azı 6 nəfər ölüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Əfqanıstanın şərqində yerləşən Kunar əyalətindəki məktəblərdən birində partlayış baş verib.

Bu barədə "Aljazeera" telekanalı məlumat yayıb.

Partlayış nəticəsində azı 6 nəfər həlak olub, xəsarət alanların sayı məlum deyil.

"Associated Press" (AP) agentliyinin Kunar Əyalət Polis İdarəsinin sözçüsü Fərid Dehqana istinadən yaydığı məlumata görə, partlayış şənbə günü səhər saatlarında Kunarın Andar Ser bölgəsində yerləşən məktəblərdən birində baş verib.

Digər təfərrüatlar hələ ki, açıqlanmır

Məqalədə:

Xəbər lenti

Xəbər lenti