Bərdədə ailə faciəsi: 18 yaşlı qadın öldü, əri xəstəxanadadır

Hadisə Xəbər 28 Noyabr 2026 11:06 (UTC +04:00)
Bərdədə ailə faciəsi: 18 yaşlı qadın öldü, əri xəstəxanadadır
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdə rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Əliyanlı kəndində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Kənan İmaməliyev və həyat yoldaşı, 2008-ci il təvəllüdlü Pərvanə Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Pərvanə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb. Kənan İmaməliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti