Prezident İlham Əliyev: Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Siyasət Xəbər 28 Noyabr 2026 11:32 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
Aysel Məmmədli
Aysel Məmmədli
Redaktor Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda ölkəmizin Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyi vurğulanıb.

“İnanıram ki, birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin mövcud potensialından səmərəli istifadə edərək qarşılıqlı fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul işinizdə müvəffəqiyyətlər, dost Mavritaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”, - deyə dövlətimizin başçısının məktubunda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti