Öz evindən qızıl və pul oğurlayan şəxs saxlanılıb

Hadisə Xəbər 28 Noyabr 2026 14:15 (UTC +04:00)
Öz evindən qızıl və pul oğurlayan şəxs saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Yasamal rayonunda evlərdən birindən oğurluq edilib. Polisin keçirdiyi tədbirlərlə əməli törədən, zərərçəkənin oğlu M.Kazımlı müəyyən olunaraq saxlanılıb.

Trend-in məlumatına görə, M.Kazımlı valideynlərinə məxsus 3000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq lombarda qoyub və qarşılığında pul əldə edib.

Bununla kifayətlənməyən həmin şəxs evdən 2000 manat nağd pul və Nəsimi rayonu ərazisində motosikletdən iki ədəd dəyəri 500 manat olan dəbilqə də oğurlayıb.

Faktlarla bağlı araşdırma davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti