Braziliya Libertadores Kubokunda qazanılan titulların sayına görə ilk pilləyə yüksəlib

İdman Xəbər 29 Noyabr 2026 08:58 (UTC +04:00)
Braziliya Libertadores Kubokunda qazanılan titulların sayına görə ilk pilləyə yüksəlib

Bakı. Trend:

Braziliyanın “Palmeyras” klubunun final qarşılaşmasında Argentinanın “Estudiantes” komandasını 1:0 hesabı ilə məğlub etməsindən sonra Braziliya Libertadores Kubokunun tarixində ən çox titul qazanan ölkə olub.

Bu, Braziliya klublarının turnirdə qazandığı 26-cı kubokdur.

Argentina 25 titulla ikinci sıraya geriləyib. Uruqvay isə 8 kubokla ilk üçlüyü tamamlayıb.

“Palmeyras” üçün bu qələbə Libertadores Kubokunda klub tarixində dördüncü uğur olub. Komanda sonuncu dəfə turnirin qalibi adını 2021-ci ildə qazanıb.

Bununla yanaşı, Braziliya klubları Libertadores Kubokunda ardıcıl səkkiz mövsüm çempion olmaqla yeni rekorda imza atıblar. Turnirin tarixində indiyədək heç bir ölkənin təmsilçiləri belə nəticə əldə etməyib. Argentina klublarının ardıcıl qələbə seriyası isə maksimum dörd mövsüm təşkil edib.

Xəbər lenti

Xəbər lenti