Almaniyada qaz anbarlarının doluluq səviyyəsi 54,5 faizə düşüb

Dünya xəbərləri Xəbər 29 Noyabr 2026 08:38 (UTC +04:00)
Almaniyada qaz anbarlarının doluluq səviyyəsi 54,5 faizə düşüb

Bakı. Trend:

Almaniyada yeraltı qaz anbarlarının doluluq göstəricisi ötən illərin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağı səviyyədədir.

Bu barədə Almaniyanın Federal Şəbəkə Agentliyinin hesabatında məlumat verilib.

Sənəddə qeyd olunub ki, hazırda ölkədə qaz anbarlarının doluluq səviyyəsi 54,5 faiz təşkil edir. Bu göstərici əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə xeyli aşağıdır.

Agentlik mövcud vəziyyətin ciddi narahatlıq doğurduğunu bildirib.

Qurum, həmçinin enerji təchizatının etibarlılığının bir sıra amillərdən asılı olduğunu vurğulayıb. Bunlara boru kəmərləri vasitəsilə qaz idxalı, mayeləşdirilmiş təbii qazın tədarükü, anbarlarda mövcud ehtiyatlar və istehlak tələbatı daxildir.

Xəbər lenti

Xəbər lenti