Fransada pirotexniki vasitələrin satışına və istifadəsinə qoyulan qadağa uzadılıb

Dünya xəbərləri Xəbər 29 Noyabr 2026 00:03 (UTC +04:00)
Fransada pirotexniki vasitələrin satışına və istifadəsinə qoyulan qadağa uzadılıb

Bakı. Trend:

Fransada şagirdlərin etiraz aksiyalarının davam etməsi ilə əlaqədar pirotexniki vasitələrin satışına və istifadəsinə tətbiq olunan məhdudiyyətlərin müddəti dekabrın 12-dək artırılıb.

Bu barədə Fransa mediası məlumat yayıb.

Məlumata görə, qadağa materik Fransanın bütün ərazisində qüvvədə olacaq. Məhdudiyyətlər fişənglərin, pirotexniki batareyaların, Roma şamlarının, petardaların və minaatan mərmilərinin satışı və istifadəsini əhatə edir.

Qeyd edək ki, Fransada təhsil işçiləri və şagirdlərin etirazları sentyabrın sonundan etibarən davam edir. Aksiya iştirakçıları məktəblərin fiziki vəziyyətinin qənaətbəxş olmamasına, dərs yükünün çoxluğuna və bəzi fənlər üzrə müəllim çatışmazlığına etiraz olaraq təhsil müəssisələrinin fəaliyyətinə mane olurlar.

Oktyabr ayında həmkarlar ittifaqları da etirazlara qoşulublar. Onlar əməkhaqlarının artırılmasını və əlavə qənaət tədbirlərinin dayandırılmasını tələb edirlər.

Xəbər lenti

Xəbər lenti