Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir - Paşinyan

Siyasət Xəbər 28 Noyabr 2026 23:23 (UTC +04:00)
Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir - Paşinyan

Bakı. Trend:

Ermənistan parlamentində təmsil olunan müxalifət Azərbaycanla sülhün əldə edilməsinə mane olan son qüvvədir.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində danışıb.

O bildirib ki, hazırda sülh prosesinin qarşısında duran son maneə parlament müxalifətidir və müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir.

Hökumət başçısı parlament müxalifətinin referendumun keçirilməsinin lehinə səs verəcəyinə ümidvar olduğunu bildirib.

Paşinyan, həmçinin Ermənistanın institusional dövlətə çevrilməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti