İstanbulda təmizlik işçisi gözəlliyi ilə sosial şəbəkələrdə gündəm oldu

Dünya xəbərləri Xəbər 28 Noyabr 2026 16:30 (UTC +04:00)
İstanbulda təmizlik işçisi gözəlliyi ilə sosial şəbəkələrdə gündəm oldu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulun İstiqlal prospektində çalışan Gülüm adlı küçə təmizlikçisi sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Türkiyə KİV-in məlumatına görə, küçə fotoqrafı prospektdə təmizlik işləri ilə məşğul olan Gülümün fotolarını çəkib.

Fotoqrafın həmin anları videoya da alması və təmizlikçidən çəkiliş üçün icazə istəməsi diqqət çəkib.

Gülüm tanımadığı insanların fotolarının çəkilməsində problem olmadığını bildirərək özünü təqdim edib və fotoqraf üçün poza verib.

Gülümün fotoları və çəkiliş videosu sosial şəbəkələrdə milyonlarla dəfə izlənilib. Onun xarici görünüşü və səmimi davranışı istifadəçilərin diqqətini cəlb edib.

Görüntülərin yayılmasından sonra onun sosial media hesabındakı izləyicilərinin sayı kəskin artıb. Qısa müddətdə sosial şəbəkələrin fenomeninə çevrilən Gülümə müxtəlif reklam təklifləri də gəlməyə başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti