Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında 13-cü turun növbəti matçları keçirilib.
İkinci oyun günündə iki görüş baş tutub.
"Turan Tovuz" “Kəpəz”i qəbul edib. Qarşılaşma Kurban Berdiyevin rəhbərlik etdiyi kollektivin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah" isə "Araz-Naxçıvan" önünə çıxıb. Burada da meydan sahibləri qələbəyə sevinib.
Misli Premyer Liqası
XIII tur
28 noyabr
16:30 "Turan Tovuz" – "Kəpəz" 2:1
Qollar: Hayderson Hurtado, 72, Joarlem Santos, 90+1 - Şakir
Seyidov, 84 (pen)
Tovuz şəhər stadionu
19:00 "Sabah" – "Araz-Naxçıvan" 2:0
Qollar: Coy Lens Mikels, 18, Ksander Severina, 68
“Sabah Arena”