Bakı. Trend:
“SpaceX” şirkətinin rəhbəri İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin çoxsaylı insanın həyatına son qoyduğunu bildirib.
O, bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
Mask platforma istifadəçilərindən birinin paylaşımına cavab olaraq, “Bu, tamamilə doğrudur. Onlar çoxsaylı insanın ölümünə səbəb olublar”, – deyə yazıb.
Qeyd edək ki, həmin istifadəçi USAID-in digər ölkələrdə hakimiyyət dəyişikliyinə nail olmaq və seçki proseslərinə müdaxilə etmək üçün vasitə kimi istifadə olunduğunu iddia edib.