Bakı. Trend:
FIFA sülh mükafatının təqdim edilməsindən imtina edə bilər.
Ötən il bu mükafatın ilk laureatı ABŞ prezidenti Donald Tramp olub. Mükafat ona 2026-cı il dünya çempionatının püşkatma mərasimində təqdim edilib.
"New York Times” nəşrinə istinadən yaydığı məlumata görə, FIFA rəsmiləri mükafatın ləğv edilməsinin və ya ən azı adının dəyişdirilməsinin tərəfdarıdırlar. Onları qurumun prezidenti Canni İnfantinonun Trampla yaxın münasibətləri narahat edir. Həmçinin növbəti sülh mükafatının kimə təqdim ediləcəyi ilə bağlı qeyri-müəyyənlik mövcuddur.
Beynəlxalq Futbol Federasiyası jurnalistlərin sorğusuna cavab olaraq müvafiq qərarın “lazımi vaxtda” qəbul ediləcəyini bildirib.