Bakı. Trend:
Hondurasda sərnişin avtobusunun pikapla toqquşduqdan sonra dərəyə yuvarlanması nəticəsində azı doqquz nəfər ölüb, 28 nəfər yaralanıb.
Bu barədə ölkənin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayılıb.
Bildirilib ki, ölənlər arasında avtobusun sürücüsü, üç kişi və beş qadın var.
Xilasedicilərdən birinin sözlərinə görə, avtobus dərəyə yuvarlanarkən bəzi sərnişinlər nəqliyyat vasitəsindən kənara düşüblər.
"Transporte Carolina" şirkətinə məxsus avtobus ölkənin paytaxtı Tequsiqalpadan La-Esperansa şəhərinə hərəkət edirmiş.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil.
