Bakı. Trend:
Qazaxıstanda bütün səviyyələr üzrə maslihatlara (yerli nümayəndəlik orqanları) deputatların növbədənkənar seçkilərində səsvermə başa çatıb.
Yerli vaxtla saat 20:00-da ölkə üzrə bütün seçki məntəqələri bağlanıb və seçki komissiyaları səslərin hesablanmasına başlayıblar.
Seçkilər nəticəsində maslihatlara ümumilikdə 3447 deputat seçiləcək.
Qeyd edək ki, Qazaxıstanda yerli nümayəndəlik orqanlarına əvvəlki seçkilər 2023-cü ilin mart ayında keçirilib.
