Bakı. Trend:
Rumıniyanın paytaxtı Buxarestdə yeniyetmə taekvondoçular arasında keçirilən Avropa birinciliyində Azərbaycanın iki idmançısı bürünc medal qazanıb.
Bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Yarışda 29 kq çəki dərəcəsində mübarizə aparan Əsma Abdullazadə və 65 kq-da çıxış edən Yusif Nağızadə fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.
