Azərbaycanın U-19 qadın millisi bu gün Şimali Makedoniya ilə qarşılaşacaq

İdman Xəbər 29 Noyabr 2026 13:05 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası noyabrın 29-da Avropa çempionatının 2026/2027-ci illər mövsümünün birinci seçmə mərhələsində növbəti oyununu keçirəcək.

B Liqasının III qrupunda mübarizə aparan yığmamız Şimali Makedoniya millisi ilə üz-üzə gələcək.

Şimali Makedoniyanın Strumitsa şəhərindəki “Qoran Pandev” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qarşılaşmanı fransalı hakim Odri Jerbel idarə edəcək. Ona həmyerlisi Siham Budina və serbiyalı Anya Raduloviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə serbiyalı Nikolina Purtiç yerinə yetirəcək.

Azərbaycan millisi qrupdakı ilk oyununda Serbiyaya 0:4 hesabı ilə məğlub olub. Şimali Makedoniya isə Monteneqro üzərində 7:3 hesablı qələbə qazanıb.

Qrupun digər görüşündə Serbiya və Monteneqro yığmaları qarşılaşacaqlar.

Yarışın reqlamentinə əsasən, B Liqasının altı qrupunun qalibi və ikinci yeri tutan ən yaxşı komanda növbəti seçmə mərhələdə A Liqasında mübarizə aparmaq hüququ qazanacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı son oyununu dekabrın 2-də Monteneqroya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti