Bakı. Trend:
Azərbaycan şahmatçıları Günay Məmmədzadə, Gövhər Beydullayeva və Gülnar Məmmədova qadınlar arasında rapid və blits üzrə Avropa çempionatında mübarizə aparacaqlar.
Qitə birinciliyi 2027-ci il yanvarın 7-dən 11-dək Monakonun Monte-Karlo şəhərində keçiriləcək.
İlkin iştirakçı siyahısına əsasən, indiyədək 98 şahmatçı yarışda iştirak etmək üçün qeydiyyatdan keçib.
Blits üzrə Avropa çempionatı yanvarın 8-də, rapid üzrə yarış isə yanvarın 9-10-da təşkil olunacaq.
