Bakı. Trend:
2014-cü il dünya çempionu, Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyer 2026/2027 mövsümünün sonunda futbolçu karyerasını başa vura biləcəyini açıqlayıb.
Bu barədə qapıçı “Sky Sport” telekanalına müsahibəsində danışıb.
“Düşünürəm ki, mənim üçün hər şey yayda başa çatacaq. Hazırda qalan vaxtdan zövq almağa çalışıram”, – deyə Noyer bildirib.
Qeyd edək ki, noyabrın 8-də Almaniya çempionatının “Maynts”la səfər oyununda zədələnən qapıçıya sağ ayağının vətərində qismən yırtıq diaqnozu qoyulub.
40 yaşlı futbolçu 2011-ci ildən “Bavariya”nın formasını geyinir. O, klubun heyətində 13 dəfə Almaniya çempionu olub, yeddi dəfə ölkə Superkubokunu, altı dəfə Almaniya Kubokunu və iki dəfə UEFA Çempionlar Liqasını qazanıb.
Noyer Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu, 2010-cu ildə isə dünya çempionatının bürünc mükafatçısı olub. O, peşəkar futbolçu karyerasına “Şalke” klubunda başlayıb.
