Bakı. Trend:
Sosial şəbəkədə Binəqədi rayonunda “manyak” olduğu iddia edilən Ülvi Mikayılov polis tərəfindən saxlanılıb.
Trend-in məlumatına görə, Ülvi Mikayılov polisin keçirdiyi tədbirlər nəticəsində saxlanılıb.
Qeyd edək ki, bu gün bir vətəndaş sosial şəbəkədə həmin şəxsin videogörüntülərini yayaraq onun “manyak” olduğunu iddia edib və tapılması üçün DİN-ə müraciət etdiyi açıqlayıb.
