Bakı. Trend:
2026-cı ilin mart –aprel aylarında bir sıra şəhər və rayonlarımızda baş vermiş güclü leysan yağışları və sel suları nəticəsində yol infrastrukturuna dəymiş ziyanın aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı bərpa işləri həyata keçirilir.
İşlər Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2026-cı il tarixli müvafiq Sərəncamına əsasən icra olunur.
Ümumilikdə 10 şəhər və rayon üzrə 25 istiqamətdə yol və körpülərin, suötürücü qurğuların, eləcə də sürüşmə, uçqun və çökmə nəticəsində zədələnmiş yol sahələrinin bərpası nəzərdə tutulub.
Hazırda 13 istiqamətdə işlər tam yekunlaşdırılıb, 5 istiqamətdə işlərin böyük hissəsi icra olunaraq tamamlanma mərhələsinə çatdırılıb, 7 istiqamətdə isə tikinti-bərpa işləri davam etdirilir.
İşləri tam yekunlaşdırılmış istiqamətlər
* Quba rayonu– M-1 (142-ci km)–Zərqava–Kələnov yolunun 7-ci və
10-cu km-lərində yamaclarda baş vermiş sürüşmələrin nəticələrinin
aradan qaldırılması;
* Quba rayonu – Quba–İspik–Xınalıq yolunun 30-cu km-də baş vermiş
uçqunun nəticələrinin aradan qaldırılması;
* Xaçmaz rayonu – Xaçmaz–Xudat–Yalama yolunun 60-cı km-də yan-yana
yerləşən 3 ədəd borunun çıxışlarının və 68-ci km-də yolun
bərpası;
* Xaçmaz rayonu – Mollaoba–Qıraqlı yolunun 8-ci km-də yolun
bərpası;
* Xaçmaz rayonu – Xaçmaz–Niyazabad–Qarğalıq yolunun 15-ci km-də
yolun və boruların bərpası;
* Qusar rayonu – Həzrə–Muçuq yolunun 4-cü km-də körpünün giriş
hissəsinin bərpası;
* Qusar rayonu – Qusar–Həzrə–Sudur yolunun 15-ci km-də 2 qoşa
borunun bərpası;
* Qusar rayonu – Ukur–Nəcəfkənd–Zuxul yolunun 8-ci km-də yamacda
baş vermiş sürüşmələrin nəticələrinin aradan qaldırılması;
* Qusar rayonu – Cağar–Cetkün yolunun 4-cü km-də yolun hərəkət
hissəsinin bərpası;
* Qusar rayonu – Yuxarı Tahircal kənd yolunun 8-ci km-də yol
yatağının bərpası;
* Şabran rayonu – Düzbilici–Vələsi–Çinarlar yolunun 5-ci km-də
yolun, 8-ci km-də 1 ədəd borunun, 16-cı və 18-ci km-lərdə 2 ədəd
körpünün bərpası;
* Qaradağ rayonu – Lökbatan–Güzdək yolunun 2,2-ci km-də düzbucaqlı
suötürücü borunun bərpası və biraşırımlı yeni körpünün
tikintisi;
* Səbail rayonu – Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi
avtomobil yolunun 7-ci km-də, Bibiheybət məscidinin yaxınlığında
baş vermiş çat və sürüşmələrin nəticələrinin aradan
qaldırılması.
Tamamlanma mərhələsində olan istiqamətlər
* Qusar rayonu– Qusar–Əniq–Laza yolunun 45-ci km-də 4 ədəd
borunun və yolun hərəkət hissəsinin bərpası, 2 yeni körpünün
tikintisi;
* Şabran rayonu– Şabran–Qalaaltı yolunun 6-cı km-də borunun
bərpası;
* Siyəzən rayonu – Siyəzən–Dağ Quşçu–Ərziküş yolunun 4,8-ci km-dən
başlayaraq yolun bərpası;
* İsmayıllı rayonu – Dəmirçi–Lahıc yolunun 11-ci km-də yolun
hərəkət hissəsinin bərpası;
* Qaradağ rayonu – Səngəçal–Çeyildağ yolunun 13-cü km-də dağılmış
körpünün əvəzinə yeni körpünün tikintisi.
İcrası davam etdirilən istiqamətlər
* Quba rayonu – Quba–Qonaqkənd–Muçu yolunun 40–42-ci km-lərində
baş vermiş çökmə, qabarma və sürüşmələrin nəticələrinin aradan
qaldırılması;
* Quba rayonu – Yerfi–Adur yolunun yararsız vəziyyətə düşmüş çınqıl
örtüyünün və suötürücü boruların yenilənməsi, Söhüb kəndi
ərazisində körpünün giriş-çıxış hissələrinin bərpası;
* Xaçmaz rayonu – Aşağızeyid–Bərqov kəndlərini birləşdirən yolun
Caqacuq çayı ilə kəsişməsində yeni körpünün tikintisi və yanaşma
hissələrinin bərpası;
* Şabran rayonu – Qaraqaşlı kəndinə gedən avtomobil yolunun 16-cı
km-dən ayrılan Liman yolunun hərəkət hissəsinin bərpası;
* Xızı rayonu – Altıağac–Xızı yolunun 17-ci km-də hərəkət
hissəsinin bərpası;
* Siyəzən rayonu – Siyəzən–Məşrif–Qalaaltı yolunun 11-ci km-də
qəzalı vəziyyətə düşmüş körpünün əvəzinə yeni körpünün
tikintisi;
* Ağsu rayonu – Parakənd–Maşadıqanlı yolunun 3-cü km-də yolun
hərəkət hissəsinin bərpası.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təbii fəlakət nəticəsində zərər görmüş yol infrastrukturunun bərpası üzrə işlər ərazilərin mövcud vəziyyəti və müəyyən edilmiş texniki həllər nəzərə alınmaqla mərhələli şəkildə davam etdirilir.
Həyata keçirilən tədbirlər zərər görmüş yol infrastrukturunun bərpasına, onun dayanıqlılığının artırılmasına, eləcə də vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına xidmət edir.
