İran Ermənistanla ikitərəfli razılaşmaların icrasında maraqlıdır - Pezeşkian

Dünya xəbərləri Xəbər 24 Sentyabr 2026 10:52 (UTC +04:00)
İran Ermənistanla ikitərəfli razılaşmaların icrasında maraqlıdır - Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Ermənistanla ikitərəfli razılaşmalar, xüsusilə də tranzit marşrutları üzrə razılaşmaların icrasını önəmli hesab edir.

Bunu İran Prezidenti Məsud Pezeşkian bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdə deyib.

Pezeşkian bildirib ki, İranın qəti siyasəti region və qonşu ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsidir. Bu istiqamətdə hökumət ikitərəfli razılaşmaların icası üçün bütün səylərini səfərbər edib.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian BMT Baş Assmableyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə 22 sentyabrda Nyu-Yorka səfər edib. İran prezidenti ötən gün Baş Assambleyanın sessiyasında çıxış edib. İran prezidentinin səfər proqramına bir sıra ölkələrin rəsmiləri ilə görüşərək danışıqlar aparmaq daxil edilib.

İran prezidenti BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında bildirib ki, İran regionda sülh və sabitliyin tərəfdarıdır. Müharibənin hər hansı qonşu ölkəyə yayılmasını istəmir. İran öz qonşu ölkələrini təhlükəsizlik rəqibi hesab etmir və qonşu ölkələrin güclü olmasını istəyir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti