Qazaxıstan Azərbaycan iqtisadiyyatına yatırımlarını iki dəfədən çox artırıb

İqtisadiyyat Xəbər 23 Sentyabr 2026 15:15 (UTC +04:00)
Qazaxıstan Azərbaycan iqtisadiyyatına yatırımlarını iki dəfədən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin ilk 6 ayında Qazaxıstanın Azərbaycana birbaşa xarici investisiyalarının həcmi 28,024 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamaya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 milyon ABŞ dolları və ya 2,2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Qazaxıstandan reallaşan investisiyaların payı 0,8 faiz təşkil edib.

2025-ci ilin ilk 6 ayında Qazaxıstandan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 12,774 milyon ABŞ dollarına bərabər olub.

Bundan əlavə, bu ilin ilk yarımilində Azərbaycanın Qazaxıstana birbaşa xarici investisiyalarının həcmi 7,940 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyon ABŞ dolları və ya 21,3 faiz artım deməkdir.

Hesabat dövründə Azərbaycandan birbaşa xarici investisiyaların ümumi həcmində Qazaxıstana reallaşan investisiyaların payı 0,2 faiz təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmi 3,667 milyard ABŞ dollarından çox olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 444,4 milyon ABŞ dolları və ya 13,8 faiz artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi təxminən 5 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,651 milyard ABŞ dolları və ya 3,7 dəfə çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti