Xəzər dənizinin mühafizəsi üzrə Azərbaycanın səyləri alqışalayiqdir – İranlı rəsmi

Dünya xəbərləri Xəbər 23 Sentyabr 2026 14:21 (UTC +04:00)
Xəzər dənizinin mühafizəsi üzrə Azərbaycanın səyləri alqışalayiqdir – İranlı rəsmi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizinin ekologiyasının mühafizəsi çərçivəsində konvensiyaya rəhbərliyi dövründə Azərbaycanın göstərdiyi səylər alqışalayiqdir.

İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının məlumatına görə, bunu təşkilatın sədr müavini Əhmədrza Lahicanzadə bu gün Tehranda konvensiyanın 7-ci iclasında deyib.

“Xəzər dənizinin ekologiyasının mühafizəsi üzrə 6-cı iclas 5 il öncə Bakıda keçirilib. Ötən 5 il ərzində konvensiyanın hədəflərinin irəlilədilməsi üçün çox yaxşı səylər göstərilib. Bu iclasların iki illik zaman cədvəlinə əsasən mütəmadi keçiriləcəyi gözlənilir”, - deyə o bildirib.

Lahicanzadə əlavə edib ki, Xəzər dənizində ətraf mühitin qorunması üzrə Ramsər konvensiyası mövcuddur. Bu konvensiya Xəzər dənizinin ətrafında yerləşən su bataqlıqları və köçəri quşların mühafizəsi Xəzəryanı ölkələrin əməkdaşlıq çərçivəsini təşkil edir. Su bataqlıqları və köçəri quşların mühafizəsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübələrin bölüşülməsi əhəmiyyət kəsb edir.

Sədr müavini deyib ki, Ramsər konvensiyası çərçivəsində mövcud potensiallar regional əməkdaşlığın gücləndirilməsi və Xəzər dənizinin eko-sistemi ilə əlaqədar vahid mühafizəyə kömək edə bilər. Xəzəryanı ölkələr eko-sistemin mühafizəsi sahəsində təcrübə və ixtisaslı biliklərini bölüşməklə ekologiya, təbii resursların qorunması dəyərli addımlar ata bilərlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti