Ağdərədə yük avtomobili aşıb, heyvanlar tələf olub (FOTO)

Hadisə Xəbər 23 Sentyabr 2026 08:13 (UTC +04:00)
Ağdərədə yük avtomobili aşıb, heyvanlar tələf olub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdərə. Trend:

Ağdərə rayonunun Çardaxlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə zamanı 25-BK-698 dövlət qeydiyyat nişanlı “MAN” markalı yük avtomobili yoldan çıxaraq aşıb.

İlkin məlumata əsasən, qəza sürücünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Nəticədə idarəetmədən çıxan avtomobil yolun kənarına aşıb.

Hadisə zamanı yük yerində daşınan xırdabuynuzlu və iribuynuzlu heyvanlardan bir neçəsi tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti