Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Siyasət Xəbər 23 Sentyabr 2026 02:38 (UTC +04:00)
Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Bakı. Trend:

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.

Görüş zamanı ikitərəfli gündəlik, regional və beynəlxalq təhlükəsizlik mühitində baş verən proseslər, eləcə də sülh və sabitliyin təşviqi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Nazirlər davam edən geosiyasi proseslər, beynəlxalq hüququn prinsiplərinə riayət olunmasının əhəmiyyəti və münaqişələrin həllində konstruktiv dialoqun rolu barədə fikir mübadiləsi aparıblar.

Təhlükəsizlik çağırışlarının həlli və davamlı sülhün təşviqi istiqamətində çoxtərəfli əməkdaşlığın əhəmiyyəti bir daha vurğulanıb.

Xəbər lenti

Xəbər lenti