Bakı.Trend:
Rusiya Ermənistandakı səfiri Sergey Kopırkinin dəyişdirilməsi imkanını nəzərdən keçirir və artıq onun yerinə namizəd axtarır.
Bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
Məlumata görə, Kopırkin 2027-ci ilin yanvarınadək İrəvanı tərk edə bilər. O, 2018-ci ilin aprelindən Rusiyanın Ermənistandakı səfiri vəzifəsini tutur.
Qeyd olunur ki, Kreml diplomatın fəaliyyətindən narazıdır. Xüsusilə onun həm Ermənistan hakimiyyəti, həm də ölkədəki Rusiyayönlü dairələrlə lazımınca qarşılıqlı əlaqə qura bilmədiyi irad tutulur.
Hazırda Kopırkinin mümkün istefası ilə bağlı məlumat rəsmi şəkildə təsdiqlənməyib. 2026-cı ilin yanvarında o, Ermənistan hakimiyyətinin nümayəndələri ilə görüşlərini davam etdirib.
