Azərbaycan AEBA ilə nüvə təhlükəsizliyi üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib (FOTO)

Cəmiyyət Press-reliz 21 Sentyabr 2026 13:21 (UTC +04:00)
Azərbaycan AEBA ilə nüvə təhlükəsizliyi üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) nüvə təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, müzakirələr sentyabrın 14-dən 18-dək Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən AEBA Baş Konfransının 70-ci növbəti sessiyası çərçivəsində aparılıb.

Ümumilikdə 181 üzv dövlətdən 3 mindən çox nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı fövqəladə hallar nazirinin müavini Yusif Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə aidiyyəti dövlət qurumlarının vəzifəli şəxsləri daxil olub.

Sessiyada çıxış edən Yusif Nəbiyev Azərbaycanla AEBA arasında əməkdaşlığın genişləndirilməsi, irimiqyaslı kütləvi tədbirlər zamanı nüvə təhlükəsizliyinin təmin edilməsi üzrə texniki missiya çərçivəsində görülən işlər barədə məlumat verib.

Nazir müavini, həmçinin hüquqi, tənzimləyici və texniki infrastrukturun inkişafı, səhiyyə, kənd təsərrüfatı və ətraf mühit sahələrində nüvə və izotop texnologiyalarının tətbiqi məsələlərinə toxunub.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti AEBA-nın struktur bölmələrinin və digər ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti