Zelenski və Tramp Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər

Dünya xəbərləri Xəbər 20 Sentyabr 2026 23:16 (UTC +04:00)
Zelenski və Tramp Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər.

Bu barədə Zelenski özünün “Telegram” kanalında məlumat verib.

Ukrayna lideri bildirib ki, Tramp ilə telefon danışığı zamanı bir sıra mühüm məsələləri müzakirə etmək imkanı olub. Onun sözlərinə görə, tərəflər Nyu-Yorkda görüş keçirmək barədə razılığa gəliblər.

Zelenski qeyd edib ki, qarşıdakı görüş “çox şeyi dəyişə bilər”.

Qeyd edək ki, sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsinə start veriləcək.

Xəbər lenti

Xəbər lenti