Bakı. Trend:
Bilgəhdə dənizdə 2 nəfərin batması ehtimal olunur, axtarış aparılır.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində 2 nəfərin dənizdə batması barədə “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
