Azərbaycanda 23 modul və konteyner tipli məktəb binasının quraşdırılması planlaşdırılır

Tender müsabiqələri Tender 19 Sentyabr 2026 17:11 (UTC +04:00)
Azərbaycanda 23 modul və konteyner tipli məktəb binasının quraşdırılması planlaşdırılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Elm və Təhsil Nazirliyinin nəzdində Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə 20 ədəd modul və 3 ədəd konteyner tipli məktəb binalarının quraşdırılması işlərinin satın alınması ilə bağlı tender elan edib.

Prosedurda iştirak haqqı 1.907,46 manatdır.

Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 30 oktyabr 2026-cı il saat 16:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 30 oktyabr saat 16:00-da (GMT+4) baş tutacaq.

Əlavə məlumat üçün telefon: (+994) 12 465 73 48

Əlaqədar şəxs: Şaban Məmmədov

Email: [email protected]

Ünvan: Bakı şəhəri, Y.Bakuvi küçəsi 18

Məqalədə:

Xəbər lenti

Xəbər lenti