TESS yenidən təəccübləndirir: yeni kampaniya, yeni hədiyyələr, yeni qaliblər! (FOTO)

Cəmiyyət Xəbər 18 Sentyabr 2026 12:03 (UTC +04:00)
TESS yenidən təəccübləndirir: yeni kampaniya, yeni hədiyyələr, yeni qaliblər! (FOTO)

Bakı. Trend:

Hamının artıq yaxşı tanıdığı TESS kampaniyasının çoxdan gözlənilən davamı — indi yeni formatda və daha çox hədiyyə ilə!

TESS çay brendi “TESS ilə bol-bol hədiyyələr qazanın!” adlı yeni genişmiqyaslı kampaniyaya start verərək, çay sevənlərinə yenidən müxtəlif hədiyyələr qazanmaq imkanı yaradır. Qarşıda müntəzəm tirajlar, maraqlı mükafatlar, toplanmış xallar müqabilində hədiyyələr və TESS ilə birlikdə qazanmaq üçün daha çox imkan var.

Kampaniyanın ilk tirajı 16 sentyabr tarixində baş tutdu. Tirajda 1–31 avqust 2026-cı il tarixləri arasında www.tess-club.az saytında alış qəbzlərini qeydiyyatdan keçirən iştirakçılar yer aldılar. Və ilk mükafat artıq öz sahibini tapdı!

2000 AZN dəyərində Kontakt Home hədiyyə kartının qalibi:

Həsənov Vəkil (kod VVNJSJDD)

Amma bu, hələ başlanğıcdır!

Növbəti tiraj artıq 16 oktyabr tarixində keçiriləcək. Bu tirajda 1–30 sentyabr tarixləri arasında qəbzlərini qeydiyyatdan keçirmiş iştirakçılar iştirak edəcəklər.

Növbəti tirajın mükafatı isə Ray-Ban Meta Headliner Gen 2 ağıllı eynəyi olacaq.

Kampaniya 1 avqust 2026-cı il tarixindən 30 sentyabr 2027-ci il tarixinədək davam edəcək. Bu müddət ərzində iştirakçıların qaliblər sırasında yer almaq üçün hələ bir çox şansı olacaq.

İştirak qaydası çox sadədir: istənilən mağazadan istənilən TESS çayını alın, www.tess-club.az saytında qeydiyyatdan keçin və alış- veriş qəbzinizi yükləyin.

İştirak edən hər bir şəxs avtomatik olaraq TESS Club-un üzvünə çevrilir. Saytda qeydiyyatdan keçirilən qəbzlərə görə xallar hesablanır və bu xalları hədiyyələrə və ya aylıq tirajlarda iştirak etmək üçün biletlərə dəyişmək mümkündür.

TESS çayını alın, xal toplayın, hədiyyələrinizi seçin və tirajlarda iştirak edin!

Mükafatların tam siyahısı və kampaniyanın ətraflı şərtləri ilə www.tess-club.az saytında tanış ola bilərsiniz.

WhatsApp qaynar xətti: +994 99 820 68 20

TESS Club-a qoşulun — qarşıda daha çox hədiyyə və yeni uduşlar var!

Xəbər lenti

Xəbər lenti