ÜST "Ebola" virusu ilə bağlı vəziyyəti ümidverici adlandırıb

Dünya xəbərləri Xəbər 18 Sentyabr 2026 00:38 (UTC +04:00)
ÜST "Ebola" virusu ilə bağlı vəziyyəti ümidverici adlandırıb

Bakı. Trend:

Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyası hələ də yayılmaqda davam edir, lakin vəziyyət yaxşılaşmanın ümidverici əlamətlərini nümayiş etdirir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Biz [Ebola epidemiyası ilə mübarizədə] üstünlük əldə etdiyimizə dair ümidverici əlamətlər görməyə başlayırıq”, – deyə o qeyd edib.

“Artıq sağalmış şəxslər üçün müalicə üsullarının sınaqdan keçirilməsi və [təkrar yoluxmanın] qarşısının alınması tədbirləri geniş vüsət alır. Peyvəndlərin sınaqlarına yaxın həftələrdə başlanılmalıdır. Lakin nəzərə alın: epidemiya hələ də yayılmaqda və insanları öldürməkdə davam edir", - deyə o əlavə edib.

KDR-nin rabitə və media məsələləri üzrə nazirliyinin məlumatına görə, ölkədə Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı 3,5 mini ötüb. Ölüm hallarının ümumi sayı 3 510-a, Ebola xəstələrinin sayı isə 7 258-ə çatıb. Ölüm nisbəti 48,4 faiz təşkil edir.

KDR-də xəstəxanalarda və tibbi izolyasiya məntəqələrində xəstəlik əlamətləri olan 903 pasiyent müalicə olunur. Ebola virusuna yoluxmuş şəxslərlə təmasda olanların izlənmə səviyyəsi 78,6 faizə çatır. Ebola epidemiyası ölkənin 26 əyalətindən 7-sini əhatə edib. Hazırkı epidemiyanın episentri olan İturi əyalətinin payına təsdiqlənmiş Ebola qızdırması hallarının 78 faizi düşür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti