Bakı.Trend:
Filippinin cənubunda yerləşən məktəblərin birində silahlı insident baş verib
Bu barədə “Al-Jazeera” telekanalı məlumat yayıb.
Cənubi Kotabato əyalətinin Banqa şəhər məktəbində yer alan və təfərrüatları məlum olmayan insident nəticəsində azı 2 nəfərin öldüyü bildirilir.
Bundan başqa 4 nəfər güllə yarası alıb.
Hadisə şahidləri güllələnən qurbanların şagirdlər olduğunu bildirib. Digər təfsilatlar açıqlanmır.
